AZ

Birinci yarımildə Maliyyə Nazirliyi 162 milyon manat artıq və əsassız ödənişlər aşkar edib

Bakı. Trend:

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin DövlətMaliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarəttədbirləri həyata keçirilib.

Trend bubarədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nəticədə ümumilikdə 162 milyon 11 min manatməbləğində artıq və əsassız ödənişlər aşkar edilib. İlkin maliyyənəzarəti çərçivəsində isə 10 milyon 220 min manat vəsaitin artıqxərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsiniAzərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizəorqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədarhəyata keçirilən nəzarət tədbirləri təşkil edib.

Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarınavə qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, buyoxlamalarla 85 milyon 240 min manat məbləğində artıq və əsassızödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymətverilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluqvə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinəəsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsindəümumilikdə 76.771,1 min manat məbləğində artıq və əsassız ödənişləraşkar edilmiş və müvafiq pozuntulara hüquqi qiymət verilməsiməqsədilə müvafiq materiallar Baş Prokurorluğuna təqdim edilib.

Seçilən
4
33
az.trend.az

10Mənbələr