AZ

Rusiyada güclü zəlzələ və sunami: şəhəri su basıb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiyanın uzaq şərqindəki Kamçatka yarımadasının yaxınlığında səhər saatlarında güclü, 8.8 ballıq zəlzələ olub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Zəlzələdən sonra Yaponiya, Ekvador, Havay və Şimali Amerikanın qərb sahilində sunami xəbərdarlıqları verilib.

Rusiyanın uzaq şərq sahilində 8.8 ballıq zəlzələdən sonra sunami yaranıb.

Zəlzələdən sonra sunami dalğaları Rusiyanın sahil şəhərini sulara qərq edib.

Zəlzələ Sakit Okean sunami xəbərdarlığını işə salıb.

Dalğalar binaların üzərindən keçib.

Böyük dalğalar Yaponiyanın sahilini də vurub, təxliyə əmri verilib.

İnsanlar xilas üçün binaların tavanına çıxıblar.

Havayda və Birləşmiş Ştatların bəzi qərb sahilində yaşayan insanlara da təxliyə əmri verilib.

"Ən böyük prioritetimiz həyat təhlükəsizliyinizdir. Bu indi çox sadədir. Çimərliklərdən uzaqlaşın, dağlara doğru gedin və yuxarı çıxın", - Honolulu Təcili Yardım İdarəsinin direktoru Randall Collins deyib.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Seçilən
32
bbc.com

1Mənbələr