Ölkə üzrə məktəbəqədər və ümumi təhsil müəssisələrində 340 direktor vəzifəsi hazırda vakantdır.
News24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinq zamanı məlumat verib.
Qurumdan bildirilib ki, vakant yerlərin tutulması üçün yeni müsabiqə mərhələsinin keçirilməsi nəzərdə tutulur. Direktor olmaq istəyən namizədlər müsabiqədə iştirak üçün Agentliyin elektron sistemi üzərindən qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqələr test imtahanı, müsahibə və digər mərhələləri əhatə edir.
Aqil Qarayev