AZ

“Azdrama”nın yanında maşınların arası ilə rolik sürən gənc təhlükə saçdı - VİDEO

“Azdrama”nın
Paytaxtın mərkəzi küçələrindən birində avtomobil yoluna çıxaraq rolik sürən gənc ciddi təhlükə yaradıb. 1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Mirzəağa Əliyev küçəsindəki hadisə zamanı gənc nəqliyyat axınının intensiv olduğu prospektdə təhlükəli manevrlər edib, avtomobillərlə yanaşı hərəkət edərək həm öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini riskə atıb.
Görüntülərdən açıq şəkildə görünür ki, rolik sürən şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozur, müəyyən olunmuş piyadalar və velosiped yollarından istifadə etmədən avtomobil yolunun ortasında hərəkət edir. Bu isə hər an qəza baş verməsinə şərait yarada bilərdi. Qeyd edək ki, belə hallar nəqliyyatın sıx olduğu paytaxt yollarında təkcə sürücülər üçün deyil, qaydalara əməl etməyən şəxslər üçün də ciddi təhlükə mənbəyidir. Mütəxəssislər bildirirlər ki, rolik və digər fərdi hərəkət vasitələri yalnız xüsusi ayrılmış park və velosiped yollarında istifadə olunmalıdır.

Seçilən
61
1news.az

1Mənbələr