AZ

Bu ölkələr Fələstin dövlətini tanımağa çağırış etdi

Fransa, İspaniya və Kanadanın da aralarında olduğu 15 ölkə, Fələstin dövlətinin tanınması üçün çağırış edib.

"Cebheinfo.az" xəbər verir ki, 15 ölkənin xarici işlər nazirləri, Fransa və Səudiyyə Ərəbistanının həmsədrliyi ilə Nyu-Yorkda keçirilən konfransdan sonra ortaq bəyanat yayıb.

Bəyanatda “İsrail və Fələstinin beynəlxalq hüquq və müvafiq BMT qətnamələrinə uyğun şəkildə, təhlükəsiz və tanınmış sərhədlər daxilində yanaşı sülh içində yaşayacağı iki dövlətli həll vizyonuna sarsılmaz bağlılığımızı bir daha təsdiqləyirik; həmçinin Qəzza Zolağının İordan çayının Qərb sahili ilə Fələstin Administrasiyası çətiri altında birgə idarəçilik vasitəsilə birləşdirilməsinin əhəmiyyətini vurğulayırıq” deyilib.

Qəzzada atəşkəs çağırışının da edildiyi bəyanatda, “Dərhal atəşkəsin elan edilməsini, HƏMAS-ın bütün girovlarının qeyd-şərtsiz və dərhal azad edilməsini və maneəsiz humanitar yardımın təmin edilməsini tələb edirik” ifadələrinə yer verilib.

Bəyanatda “Qəzzadakı yüksək mülki itkilər və humanitar vəziyyət qarşısında dərin narahatlığımızı ifadə edir və Birləşmiş Millətlər Təşkilatının və müvafiq qurumların humanitar yardımların asanlaşdırılmasındakı roluna diqqət çəkirik” vurğusu edilib.

Bəyanata imza atan ölkələr bunlardır: Andorra, Avstraliya, Kanada, İspaniya, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sloveniya.

Fransa xarici işlər naziri Jan-Noel Barro bəyanat mətnini sosial media hesabında paylaşaraq, “Fransa Nyu-Yorkda 14 digər ölkə ilə birlikdə ortaq çağırış etdi. Fələstin dövlətini tanımağa hazır olduğumuzu bildiririk və hələ bunu etməmiş ölkələri bizə qoşulmağa dəvət edirik” deyib.

Seçilən
10
cebheinfo.az

1Mənbələr