UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Petrokub"u inamla yenən (2:0) "Sabah"ın Moldova təmsilçisinə qarşı iyulun 31-də keçirəcəyi cavab matçına bilet satışı davam edir.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, bu saatadək 5000-dən çox bilet alınıb.
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Petrokub" matçının start fiti saat 20:00-da səsləndiriləcək.
Nihat