Fransanın çağırışına qoşulan 15 Qərb ölkəsi birgə bəyanat yayaraq, müstəqil Fələstin dövlətinin tanınmasına çağırıb. Sənəd Nyu-Yorkda Fələstin-İsrail münaqişəsinə həsr olunmuş konfransın yekunları üzrə xarici işlər nazirləri tərəfindən imzalanıb.
Herbiand.az xəbər verir ki, bəyanatın mətnini Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barrot dərc edib.
Ötən həftə Fransa sentyabrda Fələstin dövlətini rəsmən tanımaq niyyətini elan edən ilk böyük Qərb ölkəsi oldu. Bu qərar İsrail və ABŞ tərəfindən tənqid edilib, lakin bir sıra ölkələr bunu dəstəkləyib. Bir gün əvvəl Böyük Britaniya Fələstin dövlətinin tanınmasının mümkünlüyünü açıqlamışdı.