AZ

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 73 kiloqram işlənmiş batareya təhvil alınıb

Bakı, 30 iyul, AZƏRTAC

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində könüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, könüllülər Dövlət Məşğulluq Agentliyindən, “Kapital Bank”ın Təbriz filialından, “Expressbank”ın baş ofisindən, "Bravo" supermarketlər şəbəkəsinin Koroğlu filialından, “Pmd Group”un Dalğa Plaza və BEGOC filiallarından ümumilikdə 73 kiloqram işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.

“Həmin təşəbbüs təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də cəmiyyət arasında ekoloji məsuliyyət və şüurun artırılmasına yönəlib. Hər kəsi bu cür faydalı təşəbbüslərə qoşularaq təbiətin qorunmasına öz töhfəsini verməyə çağırırıq. Unutmayaq ki, hər bir kiçik addım böyük dəyişikliklərin başlanğıcı ola bilər”, - deyə məlumatda vurğulanıb.

Seçilən
13
1
azertag.az

2Mənbələr