“Çelsi” “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu artıq oyunçu ilə razılığa gəlib. O, yaxın vaxtda İngiltərədə olacaq.
Almaniya mətbuatı “Leyptsiq”in futbolçunu 80 milyon avroya satmaq niyyətində olduğunu yazıb.
2024/2025 mövsümündə X.Simons “Leyptsiq”in heyətində bütün turnirlərdə 32 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.