AZ

Təhsil müəssisəsi, yoxsa qazanc mənbəyi? - Özəl universitetlərə etimad...

Artıq abituriyentlər üçün ixtisas seçiminə az bir zaman qalıb. Müşahidələrimiz göstərir ki, bu dövrdə təxminən 350 bal toplamış abituriyentlər və onların valideynləri özəl universitetləri seçməkdə tərəddüd edirlər. Çox zaman bu ali məktəbləri yalnız ən son ehtimal kimi nəzərdən keçirirlər. 

Niyə məhz dövlət universiteti? Bu yanaşma onu deməyə əsas verirmi ki, özəl universitetlər hələ də cəmiyyətdə tam etibar qazana bilməyib?  

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev danışıb. 

165236Onun sözlərinə görə, əmək bazarında işəgötürənlər rəsmi olaraq hansı universitetin məzunu olmağından çox, hansı ixtisas üzrə təhsil aldığını və konkret bilik, bacarıqlara malik olub-olmadığını əsas götürürlər:

"İxtisas seçimi dövründə valideynlər arasında özəl universitetlərlə bağlı tərəddüdlərin olduğunu müşahidə edirik. Bu yanaşma yalnız bakalavr səviyyəsində deyil, magistratura seçimləri zamanı da özünü göstərir. Əsas səbəblərdən biri ondan ibarətdir ki, bəzi valideynlər keçmişdə müəyyən özəl universitetlərin qarşılaşdığı çətinlikləri, xüsusilə bağlanan ali məktəbləri xatırlayaraq bu gün də bu tip təhsil müəssisələrinə qarşı ehtiyatlı və soyuq münasibət göstərirlər.

Nəticədə, onlar ixtisas seçimində mümkün qədər özəl universitetlərdən uzaq durmağa çalışırlar. Halbuki, aşağı bal toplamış və dövlət universitetlərinə qəbul şansı az olan abituriyentlərin kənarda qalmaması üçün biz tövsiyə edirik ki, seçim zamanı dövlət ali məktəbləri ilə yanaşı, özəl universitetlərinin yazılması vacibdir. Çünki artıq əmək bazarında işəgötürənlər rəsmi olaraq hansı universitetin məzunu olmağından çox, hansı ixtisas üzrə təhsil aldığını və konkret bilik, bacarıqlara malik olub-olmadığını əsas götürürlər".

Müasir dövrdə bir sıra özəl universitetlər özlərini inkişaf etdirib, ikili diplom proqramı yaratsada bəziləri bu ali müəssisəyə təhsil ocağı kimi deyil də biznes mərkəzi kimi baxırlar

"Bəzi özəl ali təhsil müəssisələri istisna olmaqla, digərləri hələ də ikinci planda qalmaqdadır. Bunun da müxtəlif səbəbləri var. Müasir dövrdə bir sıra özəl universitetlər özlərini inkişaf etdirib, ikili diplom proqramı yaratsada bəziləri bu ali müəssisəyə təhsil ocağı kimi deyil də biznes mərkəzi kimi baxırlar. Buna görə də onların inkişafı ilə bağlı yanaşma tam fərqlidir. Valideyinlərdə bunları gördüklərindən bu universitetlərdən uzaq durmağa çalışırlar.

Fikrimcə, bu tendensiyanın dəyişməsi üçün müəyyən zaman tələb olunur. Gələcəkdə universitetlərlə bağlı akkreditasiya və fəaliyyət şərtləri daha da sərtləşdirilərsə, təhsildə keyfiyyətin artırılmasına yönəlik ciddi addımlar atılarsa, dövlət və özəl ali təhsil müəssisələri arasındakı fərq də tədricən aradan qalxacaq.

Digər tərəfdən, qarşıdan gələn ixtisas seçimi dövründə valideynlərə xüsusi olaraq tövsiyə edirik ki, bu prosesi övladları ilə birgə aparsınlar. Seçim zamanı təkcə valideynin və ya yalnız abituriyentin fikri ilə qərar vermək düzgün yanaşma deyil. Təcrübədə tez-tez şahid oluruq ki, magistratura mərhələsində tələbələr bildirirlər: “Bakalavrda ixtisasımı valideynim seçmişdi, indi onu dəyişmək istəyirəm”, Bu kimi halların qarşısını almaq üçün ixtisas seçimi valideyn və övladın birgə qərarı ilə edilməlidir".

Seçilən
6
azedu.az

1Mənbələr