İran Prezidenti Məsud Pezeşkianın şənbə günü Pakistana rəsmi səfəri planlaşdırılır.
Missiya.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezidentin siyasi müşaviri Mehdi Sanaei məlumat verib.
Onun sözlərinə görə, Pezeşkian Pakistanda mədəniyyət və biznes elitaları ilə rəsmi görüşlər keçirməyə hazırlaşır. Səfərin əsas məqsədlərindən biri əyalət və sərhəd əməkdaşlığını gücləndirmək və ticarət mübadiləsinin həcmini hazırkı 3 milyard dollardan daha yüksək səviyyəyə çatdırmaqdır.
Nurlana ƏhmədovaMissiya.Az