AZ

Bu qədər müəllim sertifikatlaşdırma keçid balını toplamayıb

Sertifikatlaşdırmada uğur qazanmayaraq komissiyalara müraciət edənlərin sayı 872 nəfər olub.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, uğur qazanmayan müəllimlərin sosial vəziyyəti və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb. Bu komissiyalar fərdi qaydada görüşlər keçirərək namizədlərin sosial həssaslıq meyarları üzrə prioritetliyini müəyyən edib və onların işlə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.Qeyd edək ki, cari ildə keçirilmiş sertifikatlaşdırma prosesində ümumilikdə 2343 nəfər keçid balını toplaya bilməyib. Prosesin sosial ədalət və şəffaflıq prinsiplərinə uyğun aparılması məqsədilə monitorinq və təhlil işləri davamlı olaraq yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
1
metbuat.az

2Mənbələr