2025-ci ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 296,8 min əməliyyatla 162,7 milyon manat məbləğində vəsait daxil olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstəricilər, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müsbət dinamikanı ortaya qoyur. Belə ki, əməliyyatların sayı 22,3 min və ya 8,1%, məbləğ isə 21,1 milyon manat və ya 14,9% artıb. Bir köçürmə üzrə orta məbləğ 548,1 manat təşkil edib – bu, ötən ilə nisbətən 6,2% çoxdur.
Əks istiqamətdə, yəni banklardan kənara edilən köçürmələrdə isə azalma müşahidə olunub. Cari ilin iyulun 1-nə qədər banklardan sürətli pul köçürmə sistemləri ilə həyata keçirilən 80,5 min əməliyyat üzrə ümumilikdə 38,2 milyon manat vəsait çıxarılıb. Bu göstərici ötən illə müqayisədə əməliyyatların sayında 8,9% (7,9 min əməliyyat), vəsait həcmi üzrə isə 2,3% (0,9 milyon manat) azalma deməkdir.
Bununla yanaşı, banklardan çıxan bir köçürmənin orta məbləği artaraq 473,8 manata çatıb. Bu da illik müqayisədə 30,9 manat və ya 7% artım deməkdir.
Fuad Mədətov
Finss.az