Kolumbiyalı hücumçu Luis Dias, 70 milyon avro qarşılığında İngiltərənin "Liverpul" klubundan Almaniyanın "Bavariya" klubuna keçib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu keçidlə bağlı klubun rəsmi saytına açıqlama verib.
“Çox xoşbəxtəm. ‘Bayern Münxen’ kimi dünyanın ən böyük klublarından birinin üzvü olmaq mənim üçün çox böyük anlam daşıyır. Məqsədim bütün titulları qazanmaqdır. Biz bunu hər gün birgə çalışaraq əldə edəcəyik”.
Días, "Bavariya" ilə 2029-cu ilin yayına qədər müqavilə bağlayıb.