AZ

Donald Tusk: Ukraynada münaqişə yaxın gələcəkdə dayandırıla bilər

Polşanın baş naziri Donald Tusk hesab edir ki, Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılması yaxın gələcəkdə baş verə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Böyük şanslar var və bir çox əlamətlər göstərir ki, Rusiya-Ukrayna münaqişəsi ən azı yaxın gələcəkdə dayandırılacaq", deyə hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib.

Lakin o, proqnozunun nəyə əsaslandığını açıqlamayıb.

İyulun 28-də ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli prosesində heç bir irəliləyiş görmədiyini bildirib. Bununla bağlı o, Rusiyaya atəşkəs üçün təyin etdiyi 50 günlük müddəti 10-12 günə endirmək qərarına gəlib. Bu müddət ərzində Moskva və Kiyev atəşkəslə bağlı razılığa gəlməsələr, Amerika hakimiyyəti Rusiya Federasiyasına və onun tərəfdaşlarına qarşı 100 faizlik ikinci dərəcəli rüsumlar tətbiq edəcək. 

Ertəsi gün Ağ Evin sahibi Ukrayna münaqişəsi ilə bağlı ultimatumunun 10 gündən sonra başa çatacağına aydınlıq gətirib. Geri sayma iyulun 29-da başlayıb. Eyni zamanda Tramp onun təhdidlərinin Moskvaya təsir edə bilməyəcəyini də istisna etməyib.

Samir

Seçilən
11
hit.az

1Mənbələr