"Müəllimlərin işə qəbulu zamanı namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək".Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki bu yanaşma müəllimlərin iş mühitinə daha tez uyğunlaşmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın yüksəlməsinə müsbət təsir göstərəcək:"Eyni zamanda, vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edəcək.Təhlillərə əsasən, son 4 il ərzində faktiki yaşayış yeri ilə uyğunluq olmadığı üçün 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib. Yeni meyarların tətbiqi bölgələrdə müəllim çatışmazlığının azaldılmasına, vakansiyaların daha səmərəli doldurulmasına və müəllimlərin həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaradacaq".Sevinc İbrahimzadə / Metbuat.az