“Ukraynada müharibə yaxın gələcəkdə dayandırılacaq, amma bu, Rusiya təhlükəsinin aradan qalxması demək deyil”.
Sfera.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
“Ehtimal yüksəkdir, bir çox əlamətlər var ki, ola bilsin, Rusiya-Ukrayna müharibəsi yaxın gələcəkdə dayandırılsın. Amma bu, vəziyyətimizi heç bir şəkildə dəyişmir”, - baş nazir bildirib.