Sertifikatlaşdırmadan keçərək maaş artımı alacaq müəllimlərin sayı 80 mini ötəcək.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, 2022-ci ildən tətbiq olunan sertifikatlaşdırma prosesində indiyədək 64 901 müəllim iştirak edib. Onlardan 17 426-sının maaşına 35 faiz, 38 084-nün maaşına isə 10 faiz artım edilib.2025-ci il üzrə keçirilən mərhələyə isə kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və müxtəlif xarici dilləri tədris edən 21 minə yaxın müəllim qatılıb. Test imtahanında 6600 müəllim 51 və daha yuxarı, 11 318 müəllim isə 30 və daha yuxarı bal toplayıb.Sertifikatlaşdırmanın müsahibə mərhələsinə avqustun sonlarında start veriləcək. İlk olaraq təkrar sertifikatlaşdırma üzrə imtahandan keçmiş 1400-dən artıq müəllim müsahibəyə cəlb olunacaq.Sevinc İbrahimzadə / Metbuat.az