AZ

Zaxarova: "Kiyev Moskva-Bakı gərginliyini daha da qızışdırır"

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərəaçıqlamasındadilə gətirib. O bildirib ki, UTX-nin planlaşdırdığı kampaniyalar çərçivəsində rusiyalı qaçqınlardan ibarəttəxribat qruplarının Azərbaycan vətəndaşlarına , nümayəndəliklərinə, mədəniyyət obyektlərinə qarşıaksiyalar keçirməsi planlaşdırılır.

"Belə bir kampaniyanın məqsədi Azərbaycan, Türkiyə və Avropa mətbuatlarında guya "Rusiya təcavüzü"nü yaymaqdır", – xanım Zaxarova vurğulayıb.

Xatırladaq ki, Bakı və Moskva arasında münasibətlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların qətl və digər qanunsuz fəaliyyətdə şübhəli bilinərək saxlanılmaları nəticəsində gərginləşib.

Firudin Həmidli
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr