Çinin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi onun sülh danışıqlarındakı rolunu məhdudlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə “Foreign Affairs” agentliyi məlumat yayıb.
Ukraynadakı müharibə Çinin xarici siyasətini formalaşdırmaqda davam edir.
Nəşrin qeyd etdiyi kimi, Pekinin Rusiya ilə yaxın əlaqələri keçən həftə Pekində keçirilən Çin-Aİ danışıqlarının uğursuzluğunun əsas səbəbi olub.
Çin liderləri uzunmüddətli sülh sazişini təşviq etmək üçün müəyyən səylər göstərsələr də, indiyə qədər münaqişəni həllə yaxınlaşdıra bilməyiblər.
Bir çox Çin rəsmiləri müharibəyə son qoymağın tərəfdarı olsalar da, Pekinin münaqişənin həllində və regionda davamlı sülhün bərqərar olunmasında liderlik edəcəyi ehtimalı yoxdur.
“Foreign Affairs” agentliyinin məlumatına görə, müharibənin başlamasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, Çinin strateji dairələrində, o cümlədən xarici siyasət və təhlükəsizlik rəsmilərində münaqişədə kimin günahkar olması və Pekinin necə cavab verməsi barədə hələ də konsensus yoxdur.
Xuraman Etibarlı
İnterpress.az