Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko arasında görüş baş tutub.
Missiya.Az xəbər verir ki, görüş zamanı iki ölkə arasında parlament əməkdaşlığı və regional məsələlər müzakirə olunub.
Qeyd olunub ki, tərəflər parlament diplomatiyasının möhkəmləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Daşqın HəsənovMissiya.Az