AZ

Kreml: Kiyev Moskva ilə Bakı arasında düşmənçiliyi qızışdırmaq niyyətindədir

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya ilə Azərbaycan arasında mövcud ziddiyyətlərdən milli zəmində nifrət salmaq üçün istifadə etməyə hazırlaşır. 

Ölkə.az xəbər verir ki, belə bir bəynatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

"Bizdə olan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyətindədir. Xüsusilə Rusiyadan olan qaçqınların Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olan Rusiya vətəndaşlarından istifadə etmək planlarından xəbərimiz var", - Zaxarova bildirib.

O əlavə edib ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumatlar yayılacaq.

Mürtəza

Seçilən
33
10
olke.az

10Mənbələr