Türkiyənin ən yaşlı qadını kimi tanınan 131 yaşlı Hodi Gürkan dünyasını dəyişib.
Missiya.Az xəbər verir ki, bu barədə "NTV Haber" məlumat yayıb.
Bildirilib ki, Şanlıurfanın Viranşehir mahalından 35 kilometr uzaqlıqdakı Binekli Məhəlləsində yaşayan Hodi Gürkan dünən vəfat edib.
Gürkan 1 iyul 1894-cü ildə anadan olub, 131 yaşında olub. 7 övladı, 110 nəvəsi və çoxlu nəticəsi olan Gürkan Binekli məhəllə qəbiristanlığında dəfn edilib.
Nurlana ƏhmədovaMissiya.Az