Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəsmi təmsilçisi MAriya Zaxarova azərbaycanlılara qarşı "diversiyalar hazırlandığını" iddia edib.
Zaxarova gündəlik brifinqdəki çıxışında deyib: "Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti indiki məqamda Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən milli zəmində nifrət və düşmənçiliyi alovlandırmaq üçün istifadə etmək niyyətindədir. Rusiyadan olan bəzi satqınların mükafat müqabilində, Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olduğundan və Ukrayna tərəfinin həmin şəxslərdən istifadə etmək planlarından xəbərimiz var. Plan belədir: bu cür təxribatların uğurla həyata keçiriləcəyi təqdirdə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viruslu məlumatlar yayılacaq".
Hürr Tərcüman