AZ

Bu il ilk dəfə bağçalarda metodist vəzifəsi üzrə müsahibə təşkil olunub və 23 nəfər uğur qazanıb

Bakı, 30 iyul, AZƏRTAC

İndiyə qədər iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi üzrə müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdə nəticələrin açıqlanması gözlənilir: “Hazırda müdir vəzifəsi üzrə 340 vakant yer var.

Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş, məzmun, kommunikasiya və digər mühüm sahələr üzrə seminarlar keçirilir.

Bu il ilk dəfə olaraq bağçalarda metodist vəzifəsi üzrə müsahibə təşkil olunub və 23 nəfər uğur qazanaraq fəaliyyətə başlayıb”.

Seçilən
19
2
azertag.az

3Mənbələr