AZ

Qrant layihə ilə 1300 uşaq bağçaya yerləşdirilib

Bakı, 30 iyul, AZƏRTAC

Özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub. Bunlardan ikisi regiondadır.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, qrant layihə ilə bağçaya yerləşdirmə xidmətindən 1300 uşaq yararlanıb: “Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissəsini isə valideyn ödəyir. Bu model özəl sektorun məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsindəki rolunu artırır”.

Seçilən
77
azertag.az

1Mənbələr