AZ

Almaniya və İtaliya İsrailə qarşı sanksiyaları ləngidir

Almaniya, İtaliya və bir sıra digər Avropa İttifaqı  ölkələri Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailə qarşı mümkün sanksiyalara hazırlığı ləngidir.

AzPost bildirir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, blokun Daimi Nümayəndələr Komitəsi iclas keçirib və həmin iclasda sanksiyalar paketinin qəbulu prosedurunun başlanması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Agentlik yazır ki, Almaniya, İtaliya və bir sıra digər ölkələrin nümayəndələri görüşdə təşəbbüsü daha da təhlil etmək istədiklərini və həmçinin “yaxın günlərdə gələcək inkişafı gözləməyi” zəruri hesab etdiklərini bildiriblər. Bundan əlavə, bəzi ölkələr sanksiyaların İsrail hakimiyyəti ilə dialoqu çətinləşdirə biləcəyindən narahatdırlar.

Nümayəndələr Komitəsi indi sanksiyalar təklifi ilə bağlı texniki məsələləri həll etməlidir. Prosesin hüquqi mübahisələrə görə ləngiməsi gözlənilir. Bundan əlavə, agentlik qeyd edir ki, bəzi ölkələr sanksiyaların ümumiyyətlə qəbul edilə biləcəyinə şübhə edirlər, çünki onların təsdiqlənməsi üçün Aİ əhalisinin 65%-ni təşkil edən ən azı 15 üzv ölkənin səsi lazımdır.

Agentliyin xatırladığı kimi, Avropa Komissiyası bazar ertəsi İsrailin “Horizon Europe” tədqiqat proqramında iştirakını dayandırmağı tövsiyə edib. AK bu qərarın əsası kimi İsrailin Qəzza zolağındakı hərəkətlərini göstərib. Brüsselin fikrincə, beynəlxalq hüquq və insan haqlarını pozur.

AzPost.az

Seçilən
8
azpost.info

1Mənbələr