AZ

Agentliyin rəsmisi: Bu günədək 55 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 8-dən bu günədək 55 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, valideynlər “məktəbəqəbul.edu.az” platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər: “Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir. Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-dək qədər davam edəcək”.

Seçilən
16
azertag.az

1Mənbələr