AZ

Nurlan İsmayılbəyli: Uşağın gec məktəbə göndərilməsi onu həmyaşıdları ilə öyrənmə mühitindən məhrum edə bilər

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, 8 yaşı tamam olmuş uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsilə cəlb olunurlar: “Bu isə onları birlikdə öyrənmə mühitindən, sosiallaşma imkanlarından və məktəb mühitinin əsas üstünlüklərindən məhrum edə bilər. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində, müəyyən yaş çərçivəsində təşkil olunur və həftədə 4 gün keçirilir.

İbtidai təhsildə fərdi təhsilə 9–15 yaşlı uşaqlar cəlb olunur.

Ümumi orta təhsil səviyyəsində isə VIII sinfi bitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestat ala bilərlər.

Uşaqların təhsilə vaxtında başlaması onların intellektual, sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkən başlayan təhsil daha səmərəli nəticələr verir”.

 

Seçilən
73
14
azertag.az

10Mənbələr