AZ

Yeni qatlanan "iPhone"un ilkin qiyməti açıqlandı

"JPMorgan" analitiklərinin məlumatına görə, "Apple" şirkətinin təqdim edəcəyi ilk qatlanan "iPhone" modelinin qiyməti azı 2 min ABŞ dolları olacaq.

Valyuta.az-ın məlumatına görə, analitiklər bildirir ki, bu innovativ cihaz 2026-cı ilin ikinci yarısında – çox güman ki, sentyabr ayında təqdim ediləcək. Bununla yanaşı, 2025-ci ilin payızında gözlənilən "iPhone 17" modelinin texniki baxımdan inqilabi yeniliklər təqdim etməyəcəyi vurğulanır.

Qatlanan "iPhone" - yəni "iPhone Fold" - seriyada ilk dəfə olaraq təqdim ediləcək və "iPhone 18" modelləri ilə eyni vaxtda satışa çıxarılacaq. Cihazın əsas ekranının 7,8 düym, əlavə xarici ekranının isə 5,5 düym olacağı qeyd edilir. Ən diqqətçəkən xüsusiyyətlərdən biri isə qatlanma izi olmayan daxili displeydir.

Təxminlərə görə, 2027-ci ildə "Apple" on milyonlarla qatlanan "iPhone" satışına başlayacaq. Şirkətin növbəti il üçün isə 45 milyon ədəd bu modeldən istehsal etməyi planlaşdırdığı bildirilir.

Bu, "Apple" üçün yeni form-faktorda smartfon bazarına ilk ciddi giriş sayılır və şirkətin qatlanan ekran texnologiyası sahəsindəki iddiasını təsdiqləyir.

Paşa Məmmədli

Seçilən
5
valyuta.az

1Mənbələr