“Kasad düşüncəli klub idarəçiliyi ilə çox uzağa gedə bilmərik.
Ortada “Qarabağ” və “Zirə” nümunəsi var.
Baş məşqçiyə uzun müddətli şans tanıdılmalıdır. “Araz Naxçıvan” bir neçə il də Elmar Baxşıyev üzərində dayansa, şans verilsə, çox fərqli inkişaf ortaya çıxar.
Amma bu idarəçilik bizə əminlik vermir. Eyniliklə, “Sabah”da Dambrauskasla bağlı da uzunmüddətli şansın verilməsinin tərəfdarıyam”.
Bu fikirlə “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovla futbol mütəxəssisi Amit Quluzadə komandalarımızda məşqçilərə verilən şanslardan danışılıb, onlara uzun müddətli etibar edilməməsinin yaratdığı fəsadlar haqda şərhlərlə diqqət çəkiblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.