2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bu gün keçirilən brifinqdə deyib.
Qeyd edilib ki, növbəti müsabiqənin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır və sənəd qəbulu 29 iyul - 4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur.
Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmunvə metodika, pedaqoji və psixoloji yanaşmaları əhatəedir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər.
Firuzə Əliyeva
Sfera.az