AZ

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

2025–2026-cı tədris ili üzrə 1-ci sinfə qəbul prosesinə mayın 6-dan etibarən start verilib. İndiyədək 121 min uşağın məktəbə qəbulu artıq tamamlanıb.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. İlkin mərhələdə prosesə Bakı və digər regionlarda prioritet əsasda başlanılıb. Hazırda valideynlər "mektebeqebul.edu.az" portalına daxil olaraq, seçdikləri məktəb və müəllim üzrə boş yer olduqu halda tədrisin Azərbaycan və digər dillərdə aparıldığı ümumi təhsil müəssisələrinə sorğu yerləşdirə bilərlər. Qəbul prosesi 12 sentyabra qədər davam edəcək. Bu tarixə kimi sorğu göndərmiş valideynlər sənədlərini müvafiq məktəblərə təqdim edə bilərlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
58
1
metbuat.az

10Mənbələr