AZ

Yaponiyada temperatur rekord həddə çatıb

Müşahidələr tarixində ən yüksək hava temperaturu Yaponiyada qeydə alınıb.

QHT.az xəbər verir ki, Hyoqo prefekturasında havanın temperaturu Selsi üzrə 41,2 dərəcəyə çatıb. Əvvəlki rekord 2020-ci ilin avqustunda Hamamatsu şəhərində qeydə alınıb - o zaman hava 41,1 dərəcəyə qədər istiləşib. Yapon meteoroloqları ölkənin bu bölgəsində istilərin iyulun 31-də daha da güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edərək insanları mümkün qədər çox maye içməyə, papaq taxmağa və uzun müddət günəş altında qalmamağa çağırır.

Yaponiyada ən isti aylar adətən iyul və avqust aylarıdır. Ölkənin bəzi bölgələrində, o cümlədən Tokioda temperatur 35 dərəcə Selsiyə çatıb, termometrlər günəşdə 37 dərəcə Selsi göstərir. Yaponiyada hər il istilik vurması on minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olur və yüzlərlə ölüm halları qeydə alınır.

 

R.İmanov

Seçilən
22
qht.az

1Mənbələr