AZ

1867 nəfər uğur qazandığı vakansiyadan niyə imtina edib?

Müəllimlərin işə qəbulu (MİQ) üzrə vakansiya seçimində yenilik ediləcək.

Yenisabah.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək: Sezar pizza

"Namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Eyni zamanda, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir.

Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması ucbatından 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir".


Telegram kanalımız
Seçilən
57
44
yenisabah.az

10Mənbələr