Rusiya hərbçiləri bu gün, iyulun 30-da Xarkov ətrafını atəşə tutublar.Hücum yerində yanğın başlayıb, itkilər var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov vilayət dövlət administrasiyasının rəhbəri Oleq Sinequbovun Teleqramına istinadən xəbər verir.
"Düşmən Xarkov rayonu ərazisinə zərbə endirib. Rusiya hərbçilərinin atəşə tutması nəticəsində Vaşişevo kəndində yanğın baş verib", - Sinequbov qeyd edib.
Onun sözlərinə görə, hazırda 3 xəsarət alan məlumdur. Silahın növü və digər detallar dəqiqləşdirilir.
Hadisə yerində bütün təcili yardım xidmətləri işləyir.
QAZİLER.AZ