AZ

İrəvan Zəngəzur dəhlizinin adını dəyişdirdi

BAKI, 30 iyul. TELEQRAF

Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini “Sünik qapısı” adlandırmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı yeni təbliğat kampaniyasına başlayıb:

“Ermənistan Prezidenti Vaaqn Xaçaturyan dünən üç günlük işgüzar səfərlə Sünik vilayətinə gedib, burada yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məsləhətləşmələr aparıb və bölgənin ölkənin gələcək inkişafı üçün qapıya çevriləcəyini bəyan edib.

“Əgər biz Sünikin qapılarını aça bilsək, 43 kilometrlik (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən) yolu nəzərdə tuturam, bu, gələcək inkişaf baxımından böyük imkanlar təqdim edir”, - Xaçaturyan bildirib.

Ermənistan hökuməti onu “Sünikin qapısı” adlandırmaqla mahiyyət etibarilə Zəngəzur dəhlizi ifadəsinin mənfi təsirini aradan qaldırmağa çalışır”.

“Past” yazır ki, İrəvan bununla Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında qapı açmaq istəyir.

Seçilən
4
5
teleqraf.com

6Mənbələr