AZ

"Naxçıvanbank" 3 milyon manatlıq ipoteka kreditində pozuntuya yol vertb

2024-cü ildə "Naxçıvanbank" tərəfindən verilmiş cəmi 60 ipoteka krediti üzrə 3 397,2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidən maliyyələşdirməsi həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “Naxçıvan İpoteka Fondu" ASC ilə bağlı 2023-2024 cü illəri əhatə edən audit hesabatında qeyd edilir.

Bildirilir ki, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli qərarı ilə ləğv olunan “Naxçıvanbank” ASC tərəfindən 2023-2024 cü illər üzrə maliyyə-statistik göstəriciləri rüblük qaydada “Naxçıvan İpoteka Fondu"natəqdim edilməyib. Bu, kredit portfelinin keyfiyyətinin qiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış və ya ödənilməyən borcların) yaranmasına səbəb olub.

Seçilən
16
teleqraf.com

1Mənbələr