Bakı. Trend:
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildəhəyata keçirilir.
Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlanismayılbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının NazirlərKabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsilmüəssisəsi təhsilalanlarınıngeyim formalarının təsvirləri”nintəsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsilmüəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir:
"Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsininPedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlərAgentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə dəuşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldəedə bilərlər".
"Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldəedilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərinməqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsiyolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabemüəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbliformaları ilə bağlı hər hansı sual və ya problem olduğu haldaAgentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yaradabilərlər", - Nurlan İsmayılbəyli deyib.