Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə avqust ayının sonlarından etibarən start veriləcək. 2022-ci ildən etibarən təşkil olunan sertifikatlaşdırmadan uğurla keçmiş və əməkhaqqına əlavələrlə maaş alan müəllimlərin sayı 80 mini ötəcək.
Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə məlumat verib.
Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə avqustun sonlarından başlanacaq.
2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində ümumilikdə 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan uğurla keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.