AZ

Azərbaycanda 340 bağça müdiri vəzifəsi boşdur

İndiyə qədər iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bu gün keçirilən brifinqdə deyib.     

 

Bildirilib ki, üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdə nəticələrin açıqlanması gözlənilir:

 

“Hal-hazırda müdir vəzifəsi üzrə 340 yer vakantdır. Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş, məzmun, kommunikasiya və digər mühüm sahələr üzrə seminarlar keçirilir. Qeyd edirik ki, bu il ilk dəfə olaraq bağçalarda metodist vəzifəsi üzrə müsahibə təşkil olunub və 23 nəfər uğur qazanaraq fəaliyyətə başlayıb”.


Firuzə Əliyeva
Sfera.az

Seçilən
20
2
sfera.az

3Mənbələr