“Sanderlend” isveçrəli yarımmüdafiəçi Qranit Cakanın transferini açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya təmsilçisi “Bayer”dən transfer olunan İsveçrə yığmasının 32 yaşlı yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Caka 2023-cü ildən Bundesliqa klubunun formasını geyinirdi.