Bu il tərbiyəçi müəllimlər üçün ümumilikdə 320 vakant yer ayrılıb.
BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, ilk dəfə olaraq 2022-2023-cü illərdə tərbiyəçi müəllimlərin müsabiqəsi keçirilib. İki müsabiqə nəticəsində ümumilikdə 850 tərbiyəşi müəllim işə başlayıb.
"Biz bu il avqustun 22-də tərbiyəçi müəllimlərin növbəti müsaniqəsini keçirəcəyik. Artıq şəxsi kabinetlər açılıb. Tərbiyəçi müəllim müsabiqəsində çərçivə sənədi hazırlanıb. Burada suallar qeyd olunub. Çərçivə sənədi ilə həm Təhsil İnstitutunun, həm də MÜTDA-nın saytlarında tanış ola bilərsiz. Bu il tərbiyəçi müəllimlər üçün ümumilikdə 320 vakant yer ayrılıb", deyə agentlik rəsmisi vurğulayıb.
Banu Hüseynli