"Liverpul"un mərkəz müdafiəçisi Tayler Morton karyerasını Fransa 1-ci Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "L’Equipe"yə istinadən verdiyi məlumata görə, futbolçunun xidmətində "Lion" klubu maraqlıdır.
Klublar artıq transferin rəsmi danışıqlarına başlayıblar. "Liverpul" rəhbərliyi, futbolçusunu 9 milyon avro qarşılığında, bonuslar nəzərə alınmadan, Fransaya buraxmağa hazırdır.
Bununla yanaşı, "Lion" hələ də bu məbləğin uyğun olub-olmadığını qiymətləndirir, çünki fransızlar üçün bu məbləğ yüksək sayılır. Eyni zamanda, "Lion" və Morton şəxsi müqavilə şərtləri barədə razılığa gəliblər.
Keçən mövsümdə 22 yaşlı ingilis futbolçusu "Liverpul"un əsas heyətində 5 matçda iştirak edib və 1 assist qeydə alıb. Onun bazar dəyəri Transfermarkt tərəfindən 7 milyon avro olaraq qiymətləndirilir.