AZ

Rusiya XİN sözçüsü: Ukrayna Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən sui-istifadə etmək niyyətindədir

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya ilə Azərbaycan arasında mövcud ziddiyyətlərdən etnik zəmində nifrət yaratmaq məqsədilə istifadə etməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiyadan qaçmış şəxslərin təxribat xarakterli fəaliyyətlərindən istifadə edilməsi planlaşdırılır:

“Əldə etdiyimiz məlumatlara əsasən, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya–Azərbaycan münasibətlərində mövcud ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçiliyin qızışdırılması niyyətindədir. Xüsusilə, Rusiyadan olan qaçqınlar vasitəsilə Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olan şəxslərdən istifadə etmək planlaşdırılır”, – deyə diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, bu təxribatlar baş tutacağı təqdirdə, Azərbaycan, Türkiyə və Avropa informasiya məkanında guya Rusiyanın aqressiv davranışları ilə bağlı viral məlumatların yayılması hədəflənir.

“Bu, bir daha göstərir ki, Kiyev rejimi Rusiyanın yaxın tərəfdaşları və qonşuları ilə münasibətlərini pozmaq üçün ən kiçik imkan və bəhanələrdən belə istifadə etməyə çalışır. ”, – deyə Mariya Zaxarova əlavə edib.

Seçilən
45
operativmedia.az

1Mənbələr