AZ

Sertifikatlaşdırma 2026-cı ilin sonunadək yekunlaşacaq -

“Məktəbəqədər təhsil liderlik proqramı” uğurla həyata keçirilib. Pedaqoji liderlik və idarəetmə sahələrini əhatə edən 5 modul üzrə təşkil edilən bu proqramı 100 nəfər uğurla tamamlayıb. Onların təxminən yarısı hal-hazırda bağçalarda müdir və metodist vəzifələrində çalışır.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. "2024-cü ilin oktyabr ayında məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Qiymətləndirmədə 11 200 nəfər iştirak edib və onların 56%-i 30 və daha yüksək bal toplayıb. Bu nəticələrə əsasən təlim proqramlarının məzmununda yeniliklər planlaşdırılır".Pedaqoji heyətin sertifikatlaşdırılması həm tədrisin keyfiyyətinin artırılması, həm də müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından əsas meyarlardan biri hesab olunur. Bu məqsədlə 2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan bütün pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
3
1
metbuat.az

2Mənbələr