Sea Breeze

Süni intellekt sahəsində irəliləyişlər davam edir. OpenAI, ChatGPT üçün xüsusi “təhsil rejimi”ni təqdim edib. Bu yeni funksiya, istənilən fənni effektiv şəkildə öyrənmək üçün hazırlanıb və tələbələrə peşəkar müəllim kimi bələdçilik edir.

Redaksiya xəbər verir ki, bu rejimin əsas üstünlüyü dərhal cavab verməməsi, əksinə, istifadəçini düzgün cavaba istiqamətləndirməsi və düşünməyə vadar etməsidir. Beləliklə, biliklər beynə daha yaxşı həkk olunur və uzunmüddətli yaddaşda qalır.

Yeni təhsil rejiminin əsas xüsusiyyətləri:

  • Addım-addım öyrətmə: Mövzular sadədən mürəkkəbə doğru izah olunur.
  • Hər sahə üçün uyğun: Kodlaşdırma, riyaziyyat, təbiət elmləri, fəlsəfə və daha çox sahədə tətbiq oluna bilər.
  • Ödənişsizdir və hər kəs üçün əlçatandır: OpenAI bu funksiyanı pulsuz təqdim edir.

Ekspertlər bildirir ki, bu yenilik şəxsi repetitor ehtiyacını minimuma endirə və təhsildə inqilabi dəyişikliyə səbəb ola bilər.

Yeni rejimi sınaqdan keçirmək istəyənlər artıq ChatGPT vasitəsilə bu funksiyadan istifadə edə bilərlər.

Fərid Əlizadə

ETX
ETX
ETX