AZ

Alluş Azərbaycandan getdi, "Səbail"ə pulqazandırdı - AÇIQLAMA

2024/2025 mövsümünü sonuncu pillədə bitirərək I Liqaya yuvarlanan "Səbail" müqavilə ilə növbəti mövsümün sonuna qədər ona məxsus olan mərakeş əsilli vinger Süleyman Alluşla yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu artıq özünə yeni klub da tapıb. 

O, Mərakeşin "MAS Fes" klubu ilə 3 il müddətinə müqavilə imzalayıb. 

Bayıl klubunun icraçı direktoru Firuz Abdulla saytımıza açıqlamasında qarşılıqlı razılıq əsasında yollarını ayırdıqları Alluşun keçidindən müəyyən məbləğdə maddi qazanc əldə etdiklərini deyib: "2024-cü ilin fevralından bizdə çıxış edən Alluşla növbəti mövsümün sonuna qədər anlaşmamız var idi. Təbii ki, onu I Liqada oynatmağı düşünmürdük, çünki məvacibi yüksək idi. Danışıq apardıq və müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdik. Artıq yeni klubu da bəllidir. Hətta klubumuz xitam prosesindən müəyyən məbləğdə maddi qazanc da əldə etdi". 

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra I Liqaya yuvarlanıb.

Mirağa   

Seçilən
14
fanat.az

1Mənbələr