“Napoli”nin hücumçusu Viktor Osimhen “Qalatasaray”la müqavilə imzalamaq üçün İstanbula gəlir.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçunun bu axşam Türkiyədə olması gözlənilir. Transfer 75 milyon avroya başa gəlib.
Super Liqa klubu bu məbləği iki hissəyə bölərək ödəyəcək.
Osimhen son mövsümdə “Qalatasaray”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 oyuna çıxaraq, 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.