"Qalatasaray" bu gün uzun müddətdir gözlədiyi Viktor Osimhenə qovuşacaq.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçudan başqa daha bir transfer üçün çalışmalarını davam etdirir.
İlkay Gündoğan "Qalatasaray"ın növbəti transferi ola bilər.
Türk əsilli almaniyalı yarımmüdafiəçinin bu yay "Mançester Siti"ni tərk edəcəyi gözlənilir. "Şəhərlilər" heyətdəki bəzi oyunçularla vidalaşmağı planlaşdırır. Onlardan biri də İlkaydır.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Onun növbəti adresinin İstanbul olacağı gözlənilir. Türkiyə klubu təcrübəli futbolçunu transfer etməyə əsas namizəddir.